Bir ay ərzində 359 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) noyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə hesabatı açıqlayıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, noyabr ayı ərzində agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Şəmkir, Tərtər, Tovuz, Qaradağ rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 508,013 kv.m (50.80 ha) ərazi yoxlanılıb, 341 ədəd PHS, 17 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi 359 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 531,572,550 kv.m ərazi təmizlənib, 800,951 ədəd PHS tapılaraq zərərsizləşdirilib.

Noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 10, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 8 və Rayon Polis şöbələrindən 2 müraciət daxil olub. Müraciətlər əsasında 12,630 kv.m ərazi təmizlənib, 176 ədəd PHS aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR