İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 13:27-də qeydə alınan yeraltı təkanların episentri Dili şəhərindən 365 kilometr şərqdə, ocağı isə 137 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.