Son vaxtlar Bundesliqada işləri istədiyi kimi getməyən "Bavariya" heyətində ciddi dəyişiklik etmək üçün böyük büdcə ayırır.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi qış və yay transfer pəncərəsi dövründə 5 futbolçunun transferi üçün 200 milyon avroluq büdcə ayırıb. Bundesliqa klubunun heyətinə qatmaq istədiyi futbolçular arasında "Ştutqart"dan Benyamin Pavard, "Lion"dan Nabil Fekir, "Lill"dən Nikolas Pepe, "Ayaks"dan Frenki de Yonq və Mateys de Liqt var.

Bir neçə gün əvvəl Aryen Robbenin və Frank Riberinin cari mövsümün sonunda "Bavariya"dan ayrılacağı haqda xəbər yayılıb.

Milli.Az