Müğənni Nura Suri mətbuat konfransı keçirərək "Gitme"
adlı yeni klipini təqdim edib.
Publika.az xəbər verir ki, media nümayəndələri ilə
yanaşı, məşhurların da qonaq olduğu gecə paytaxtın dəbdəbəli
məkanlarından birində gerçəkləşib. Nura Suri konfrans zamanı yeni
klipindən söz açaraq çəkilişlərin iki gündə tamamlandığını
bildirib:
"Mahnının sözləri Zülfi Bədəlova və mənə, eyni zaman da musiqisi də
mənə və Əvəz Muradova məxsusdur. Çəkilişlərimiz iki gündə
tamamlandı. Klip üçün beş müxtəlif kostyum tikdirdik və fərqli
məkanlarda çəkilişlər etdik".
Konfrans zamanı bildirilib ki, klip üzərində 15 nəfərlik komanda
çalışıb. "Gitme"ni gənc rejissor Nuran Məmmədov ərsəyə gətirib.
Müğənninin stili üzərində isə rejissorun özü və Elnur Həsənov
çalışıb.
Yataq səhnələrinin yer aldığı klipdə müğənni psixopat bir şəxsə
aşiq olur. Ekran işinin finalında Nura Suri sevgilisi tərəfindən
boğularaq öldürülür.
Qeyd edək ki, kliplə eyni zamanda müğənni fotosessiya da etdirib.
Fotoların müəllifləri isə Məhəbbət Nəsirov və Raj Stevendir.