Köhnə bir əsgər bundan on il əvvəl yaşadığı kəndin yıxılacağını öyrəndikdə əlinə fırça alaraq rəsm çəkməyə başlayıb və həmin gündən bəri heç durmayıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 96 yaşlı adam 3 milyona yaxın nüfusu ilə Taichung şəhərində bütün insanların yatdığı zaman əlində boya ilə küçələrdə dolaşır. Bütün şəhər yatarkən Huang adlı adam 3 saat boyunca bir kətilə əyləşir və səssizcə divarları, səkiləri və pəncərələri rəngarəng divar naxışları ilə bəzəyir. Hər şey illər əvvəl Huang-Yu funun öz yataq otağının divarlarını illüstrasiyalarla bəzəməsi ilə başlayıb.

10 il əvvəl Tayvan hökuməti bu kiçik kəndi yox edəcəyini bildirib. Kənd sakinlərini başqa yerlərə köçürmək üçün müxtəlif layihələr təqdim olunub. Buradan köçməyə etiraz edən Huang əlinə fırça götürərək əvvəlcə öz evini, sonra isə küçələri boyamağa başlayıb.

"Rainbow village" adlanan bu qədim hərbi yaşayış sahəsi ildə bir milyondan çox turist qəbul edir. "Göyqurşağı baba" adlanan yaşlı sənətçini tanımaq üçün hər il kəndə insanlar axın edir.

96 yaşlı adam kəndi xilas etdi

96 yaşlı adam kəndi xilas etdi

96 yaşlı adam kəndi xilas etdi

96 yaşlı adam kəndi xilas etdi

96 yaşlı adam kəndi xilas etdi

96 yaşlı adam kəndi xilas etdi

https://metbuat.az/news/1071495/2018-ci-ilin-en-go...