Braziliyanın Sao-Paolo şəhərində ölən bir qadından köçürülən uşaqlıqla bir qız uşağı dünyaya gəlib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər ilk dəfə uğurla həyat keçən bu üsulun uyğun donor tapa bilməyən bir çox qadın üçün ümid ola biləcəyi deyilib. İndiyə qədər isə 11 nəfərə ölən qadınlardan uşaqlıq köçürülüb. Bu əməliyyatların 10-u uğursuzluqla nəticələnib.

Uşaqlıq köçürmə əməliyyatı nadir sindromla doğulan və uşaqlığı olmayan 32 yaşlı qadına köçürülüb. 2016-cı ildə baş tutmuş əməliyyat 10 saat davam edib. Uşaqlıq 40 yaşlı beyin qanamasından ölən üç uşaqlı bir qadından alınıb.

https://metbuat.az/news/1077233/bu-adamin-qeyri-ad...