Nepaldə yaşayan Yagya Bahadur Katuval adlı 35 yaşlı avtobus sürücüsünün hər kəsi təəccübləndirən bir istedadı var.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Katuva dünyanın ən uzun dilinə sahib olduğunu iddia edir və dilini alnına qədər çatdıra bilir.

Dilini burnuna qədər çatdıran insanlara tez-tez rast gəlinsə də Katuvalın bu istedadı digərlərindən daha üstündür.

Katuval bu istedadını hər kəsin içində göstərmir. Buna səbəb olaraq isə uşaqları qorxutmaq istəmədiyini deyib.


https://metbuat.az/news/1076561/cavanligi-ve-sagla...