Fransa millisinin sabiq qolkiperi Jan-Pol Bertran-Deman açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Metbuat.az-ın məlumatına görə, o, PSJ-nin hücumçusu Zlatan İbrahimoviçi kütbeyin adlandırıb:

"O, çox lovğadı. Problem ondadır ki, insanlar onu ağıllı kimi görürlər, ancaq İbrahimoviç kütbeyindi.

"Bavariya" ilə "Real"a qol vuran Suares və yaxud da Messi lovğa ola bilər. Ancaq "Nansi"yə üç qol vuran biri yox.

Əgər PSJ inkişaf etmək istəyirsə, İbrahimoviçlə yollarını ayırmalıdı".