Uşaqlığından gəmilərə böyük sevgisi olan Violet Cezzop adlı qadın tarixin ən məşhur 3 böyük gəmisi -Olimpik, Titannik və Britanikkin hekayələrinin ortaq obrazıdır.

Metbuat.az bildirir ki, əslən irlandiyalı olan Cezzop 1887-ci ildə Argentinada doğulmuşdu. Uillam və Katerina Cezzop cütlüyünün 9 uşağından biri idi.

“White Star Line” adlı şirkət 3 böyük gəmi istehsal edir. Violet Cezzop 1911-ci il 20 sentyabr tarixində o dövrün ən nəhəng və luks gəmisi olan Olimpikdə xidmət göstərməyə başlayır. Bir müddət sonra gəmi böyük bir qəzaya uğrayır. Xoşbəxtlikdən gəmi batmır və Cezzop bu gəmidən heç bir yara almadan xilas olur.

Daha sonra qadın Titanikdə xidmət göstərməyə başlayır və “batmaz” olaraq deyilən nəhəng gəmi saəcə 2 saat içində batır. Filmdə ölmüş olaraq göstərilsə də Violet bu qəzadan da burnu qanamadan xilas olur. Hətta çətin anlarda ingilis dilini bilməyən sərnişinlərə rəhbərlik edir.

Bundan 4 il sonra Cozzep Birinci Dünya Müharibəsində xəstəxanaya çevrilən Britannik adlı nəhəng nəhəng gəmidə tibb bacısı kimi fəaliyyət göstərir. Cozzep alman dənizaltısı tərəfindən vurularaq batırılan bu gəmidən də sağ olaraq xilas olamağı bacarır.

Yaşadığı bu talehsiz hadisələr onu gəmilərdən uzaqlaşdırmır. Dəniz və okean sevgisindən əl çəkməyən Violet müharibə bitdikdən sonra da gəmi səyahətlərinə qatılmağa davam etmişdir. Cozzep 1971-ci ildə, 83 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

Sirri çözülməyən bu qadın...

Sirri çözülməyən bu qadın...

Sirri çözülməyən bu qadın...Sirri çözülməyən bu qadın...

https://metbuat.az/news/1077540/bu-usul-ile-disler...