Belçika XİN rəhbəri münaqişənin sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib. O qeyd edib ki, təmas xəttində vəziyyətin yaxşılaşmasını görməyi arzu edir. D.Reynders vurğulayıb ki, Belçika ATƏT-in Minsk qrupu çərçivəsində sülh prosesinin dəstəklənməsi və insanlar arasında münasibətlərin təşkil olunması üçün bütün səyləri göstərməyə hazırdır.
Belçika XİN rəhbəri, həmçinin bildirib ki, səfər zamanı o, qaçqınlar və məcburi köçkünlərin yerləşdirildiyi yerlərə baş çəkib və onlarla bağlı məsələlərin həllinin vacibliyini qeyd edib.