Amerikanın Ohio əyalətində 10 yaşlı qız sinif yoldaşına hədə-qorxu gəldiyi üçün 3 gün məktəb servisinə minməmək cəzası alıb.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, uşağın atası Matt Coks ikinci dəfə məktəb servisindən kənarlaşdırılan soyuq havada 8 kilometr yeridib.
Coks məktəbə yeriyərkən qızını avtomobil ilə izləyib. Adam qızına verdiyi bu cəzanın səbəbini izah etdiyi bir video hazırlayıb. “Facebook” yayımlanan video 15 milyon dəfə izlənilib və çox sayda şərh bildirilib.
İzləyicilərdən bəziləri atanın etdiyi bu hərəkəti dəstəkləyib, bəziləri isə onun çox şişirtdiyini bildirib.