Rusiyanın son zamanlar Qərbə qarşı atdığı addımlara münasibət bildirərən keçmiş prezident qeyd edib ki, Vladimir Putinin hərəkətlərini qabaqcadan proqnozlaşdırmaq olmur: "Bununla bağlı ümüdsizəm, həttda növbəti 6 il ərzində belə nə baş verəcəyini deyə bilmərəm. Rusiya bizim yaxın və imperialist qonşularımızdan biridir. Biz bilmirik ki, onun məqsədi nədən ibarətdir. Vladimir Putinin danışıqları həmişə təhqirə oxşayır. Sanki digər ölkələri təhqir edir və hədələyir. Bu əvvəlki vəziyyətlərdən tam fərqlənir".
Keçmiş prezident bildirib ki, Rusiya xalqı indikindən tam fərqli, azad, avtoritar olmayan, repressiyaların baş vermədiyi sistemdə yaşayacağı təqdirdə xoşbəxt olacaq: "Hazırda Putin Rusiyada informasiyanı nəzarəti altına alıb və biz bunu çox gözəl bilirik. Biz kommunist əzablarından güclə qurtulub demokratik yola çıxmışıq. Krımın işğalından sonra dünyanın nizamı dəyişmişdi. Putinin məqsədi yenidən imperialist Sovet ittifaqını yartamaqdır. O, vaxtilə Yekatrina və 1-ci Pyotr tərəfindən yaradılan və sonradan Stalinin genişləndirdiyi Rusiya İmperiyasını yenidən yaratmaq istəyir".