Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət qarşısında rüşvət almayacaqlarına dair "Quran"a and içiblər.
Milli.Az bildirir ki, bu barədə "Report" "Azadlıq" radiosunun Özbəkistan üzrə bürosu "Radio Ozodlik"ə istinadən xəbər verir.
Beləliklə, Özbəkistanda prezident Şavkat Mirziyoyevin təsdiq etdiyi "Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı" yerinə yetirilir. Rayonun yerli milisinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib.
Ruhani və növbətçi hissənin inspektoru andiçmə mərasimini şərh etməkdən imtina edib.
Milli.Az