"Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı insan hüquqları sahəsini də önə çəkdi. Bunun nəticəsində 1995-ci ildə ölkəmizdə Konstitusiyamız qəbul olundu və bütün fundamental hüquqlarımız orada öz əksini tapdı". Metuat.az-ın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə “Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum”da deyib.

Ombudsmanın sözlərinə görə, insan hüquqları sahəsində problemlərdən biri gender bərabərliyinin pozulmasıdır: "Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bunlardan ən vacibi maarifləndirmə işləridir. İnsan hüquqlarının pozulmasının mərkəzində dayanan əsas məsələlərdən biri isə zorakılıqdır".

E.Süleymanova bildirib ki, bunun qarşısını almaq üçün görülən tədbirlər effektiv nəticələr verir: “Uşaqlar insan hüquqlarını nə qədər kiçik yaşdan öyrənsələr, daha səmərəli olar. Bu baxımdan Azərbaycanda bu istiqamətdə regionlarda geniş maarifləndirmə işləri aparılır. Pilləli uşaq tədrisi ilə artıq 70 rayonda çoxsaylı məktəblərdə minlərlə uşağın maarrifləndirilməsu həyata keçirilir. Azərbaycanda insan hüquqları sahəsində sistemli şəkildə iş aparılır. Prezident İlham Əliyev tərəfindən imzalanan milli fəaliyyət planı və milli fəalliyət proqramı da bu sahədə işlərin aparılmasına daha geniş şərait yaradıb.

Günay Elşadqızı/ Metbuat.az