"Gənclər və İdman Nazirliyi tərəfindən Avropa Şurası ilə birgə 2017-2018-ci illər ərzində insan hüquqlarının tədrisinə dair təlimçilərin hazırlanmasına dair milli, yerli səviyyədə dövlət müəssisələri və QHT-lər üçün silsilə təlim kursları keçirilib".
Metbuat.az-ın məlumatına görə bunu, Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini bildirib ki, təlkm kurslarının keçirilməsində məqsəd növbəti mərhələdə Azərbaycanda bilavasitə gənclər arasında insan hüquqları mövzusunda maarifləndirmə işlərinin aparılması üçün mütəxəssislərin, təlimçilərin hazırlanmasıdır.