Şarmazanov: “Seçki Paşinyanın şəxsi təzyiqi fonunda keçirildi”

Şarmazanov: “Seçki Paşinyanın şəxsi təzyiqi fonunda keçirildi”
18:38 10 Dekabr 2018
79 Digər
Ölkə mətbuatı
A- A+

“Ermənistanda növbədənkənar parlament seçkiləri təhdid və nifrət atmosferində, eləcə də birbaşa dövlət başçısının şəxsi təzyiqi fonunda keçirildi”.

Publika.az
xəbər verir ki, bu barədə Respublika Partiyasının sözçüsü, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.

Şarmazanov qeyd edib ki, seçkilər tamamilə qeyri-demokratik keçdi: “Seçkinin nəticələrini tanıyıb-tanımamaqla bağlı partiya olaraq bəyanat yayacağıq. Lakin bu seçkilər Respublika Partiyasını ruhlandırdı. Aydın oldu ki, Nikol Paşinyanın bütün addımları, partiyamız haqqında bütün nekroloqları boş fikirlərdir. Ümumi təzyiq və təhdidlərə baxmayaraq, 60 min vətəndaş Paşinyana yox dedi. 9 dekabr Respublika Partiyasının dirçəliş günüdür. İllər sonra 60 min vətəndaş 600 min vətəndaş olacaq”.

Qeyd edək ki, dünən keçirilən seçkilərdə Respublika Partiyası parlamentə düşə bilməyib.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/262652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR