Bakı, 28 aprel AZƏRTAC
Aprelin 28-də Kənd Təsərrüfatı Nazirliyində Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti ilə bağlı iclas keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müfəttişliyin rəisi Nazim Babayev Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti barədə məlumat verib, Bakı şəhəri Dövlət Texniki Nəzarət Müfəttişlərinin hesabatı dinlənilib.
Nazir Heydər Əsədov müfəttişliyin müasir tələblər səviyyəsində yenidən qurulması, elektron uçot sisteminin təşkili, hüquqi bazanın yaradılması və sürücülük vəsiqələrinin verilmə mexanizminin təkmilləşdirilməsi məqsədilə nazirliyin müvafiq şöbələrinə tapşırıq və tövsiyələrini verib.
Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Nazim Babayev və baş mühasib Vahid Niyazəliyev işdə ciddi nöqsanlara yol verdiklərinə görə tutduqları vəzifədən azad ediliblər. Təqaüd yaşı çatmış iki nəfər əməkdaş isə təqaüdə göndərilib.