​İsrail yəhudi yaşayış məntəqələrinin tikintisini davam etdirəcək -

İsrail hökuməti yəhudi yaşayış məntəqələrinin tikintisini davam etdirəcək.

Metbuat.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, baş nazir Benyamin Netanyahu qanunsuz yaşayış məntəqəsində yeni yolun açılışı zamanı bəyan edib ki, İordan çayının qərb sahili indiki yəhudilərin əcdadlarına məxsus olub. “Düşmənlərimiz bizi buradan çıxarmaq istəyir. Amma nə qədər ki, mən İsrailin baş naziriyəm, heç kim evini tərk etməyəcək” - deyə o, yəhudi sakinlərə söz verib.

Qeyd edək ki, beynəlxalq hüquqa görə, İordan çayının qərb sahilində və Qüdsün şərq hissəsində 1967-ci ildən sonra inşa edilən bütün yəhudi yaşayış məntəqələri qanunsuz hesab olunur.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR