Zaxarova: Rusiya DQ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya fəal kömək edəcək

Zaxarova: Rusiya DQ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya fəal kömək edəcək
13:53 13 Dekabr 2018
50 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri zamanı əsas mövzulardan biridir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan üçün əsas mövzudur, Rusiya isə danışıqlar prosesinin vasitəçilərindən biridir.

M.Zaxarova, həmçinin tərəflər arasında fəal dialoqun olduğunu təsdiq edib:

“Əlbəttə, dialoq var. Müəyyən sənədlərin qəbulundan və baş tutmuş söhbətlərdən sonra aydındır ki, dialoq var və aparılır. Biz Rusiya tərəfi kimi həmsədr qismində əsas məqsədin əldə olunmasına yönəlmiş müsbət dinamikaya fəal kömək göstərəcəyik”. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262975.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR