​“Sarı jiletlilər” növbəti dəfə irimiqyaslı

“Sarı jiletlilər” hərəkatı Fransada növbəti dəfə irimiqyaslı etiraz aksiyaları keçirməyi planlaşdırır.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, prezident Emmanuel Makronun vədlərinin yetərsiz olduğunu deyən nümayişçilər,şənbə günü yenidən küçələrə çıxacaq.

Xatırladaq ki, Emmanuel Makronölkədə iqtisadi və sosial sahədə fövqəladə vəziyyət elan edib. O bildirib ki, 2019-cu ildə minimum əmək haqqı 100 avro artırılaraq, 1498 avroya çatdırılacaq. 2000 avrodan az maaş alan vətəndaşlar isə vergidən azad ediləcək. Hesablamalara görə, iqtisadi tədbirlər ölkə büdcəsinə 8-10 milyard avroya başa gələcək.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR