Sabiq azərbaycanlı mer azadlığa buraxılıb

Gürcüstanın Marneuli rayonunun keçmiş meri, azərbaycanlı Temur Abazov azadlığa çıxıb.

Metbuat.az Azvision.az-a istinadən xəbər verir ki, məhkəmə sabiq meri 10 min lari girov müqabilində sərbəst buraxıb.

Qeyd edək ki, cari ilin iyul ayında Tbilisidə keçirilən etiraz aksiyalarında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev "Facebook"da canlı yayım edərək Temur Abazovu təhqir edib. Daha sonra həmin şəxsin alçaldılaraq üzr istəməsinin görüntüləri yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoya görə azərbaycanlı mer təqsirli bilinərək həbs olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR