Ekstrasens 50 il əvvəl itən atasını tapdı - TÜKLƏRİ BİZ-BİZ EDƏCƏK OLAY - FOTO

Ekstrasens 50 il əvvəl itən atasını tapdı - TÜKLƏRİ BİZ-BİZ EDƏCƏK OLAY - FOTO
22:33 14 Dekabr 2018
123 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ vətəndaşı Mayk Kerroll yaşadığı evin zirzəmisində 50 il əvvəl itkin düşən atasının skeletini aşkar edib.

Publika.az xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb. DNT-test də qalıqların Corc Kerrolla aid olduğunu təsdiqləyib.

Oğlunun açıqlamasına görə, atası 1961-ci ildə onun 8 yaşı olanda itkin düşüb. Böyüdükdən sonra Mayk atasını axtarmaq qərarına gəlib və ekstrasensə müraciət edib. Ekstrasens ona atasını evin zirzəmisində axtarmağı məsləhət görüb.

"Ekstrasens mənə dedi ki, atanı küt alətlə öldürüblər. Zərbə başından dəyib və onu diri-diri basdırıblar", - deyə Mayk bildirib.

Polis də Maykın atasının başından aldığı zərbə nəticəsində öldüyünü təsdiqləyib.

Hazırda polis Corcun ölümünü qətl hadisəsi kimi araşdıır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/263151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR