Məşhur azərbaycanlı aşığın oğlu vəfat etdi

Azərbaycan aşıq sənətinin tarixi simalarından olan Aşıq Bilalın oğlu vəfat edib.

Metbuat.az-ın Publika.az-a istinadən verdiyi məlumata görə, Şirvan aşıqlıq məktəbinin banisi sayılan Aşıq Bilal Mikayılovun 96 yaşlı oğlu Şəfi Mikayılov yaşadığı Kürdəmir şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Aşıq Bilal 1872-ci ildə Şirvan qəzasının Qəşəd kəndində (hazrda Ağsurayonunun inzibati ərazisi) dünyaya gəlib. O, Seyid Əzim Şirvaninin tələbəsi olub və Şirvan aşıq məktəbini yaradıb. Bölgədə böyük nüfuz sahibi olduğundan Azərbaycan Xalq Cumhuriyyəti yaranarkən Aşıq Bilal Şirvan qəzasının polis rəisi vəzifəsini icra edib. Məhz bu səbəbdən 1937-ci il repressiyası onu da haqlayıb və həbs edilərək həmin ilin noyabr ayında qətlə yetirilib. Aşıq Bilalın digər oğlu Aşıq Ağalar da Şirvan aşıq məktəbinin parlaq simalarından olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR