Bu qəbilə nəcisi saçlarına sürtür

Anqola həm öz təbiətinə, həm də ölkə ərazisində yaşayan müxtəlif qəbilələrin qeyri-adi ənənələrinə görə məşhurdur. Burada yaşayan bəzi qəbilələr o qədər vəhşidirlər ki, ölkədə yaşayan sivil əhalinin günbəgün inkişaf etməsinə inanmaq mümkün deyil.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, hələ eramızdan çox-çox əvvəllər müasir Anqola ərazisində yaşayan bantu adlı etnik qrup Bantu dövrünə görə kifayət qədər inkişaf etmiş xalq idi. Bantular gildən qab-qacaq hazırlayır, metal əldə edir və torpaq becərməklə məşğul olurdular. Hazırda Anqolanın əsrlər boyu sivilizasiyanın tozu da toxunmayan ərazilərində həyat yerində donub. Anqolanın səhralarında bantunun bir neçə növləri yaşayır Bu qəbilələrin hər birinin də öz qeyri-adi ənənələri mövcuddur.


Mukubal

Ölkənin bu yabanı qəbiləsi əsasən mal-qara saxlamaqla məşğul olurlar. Özləri isə toyuq, yumurta, qarğıdalı ilə qidalanırlar. Onlar üçün təkcə balıq yemək qadağandır. Bunun səbəbi isə əsrlər öncə balığın bu qəbilənin əcdadlarını ölümdən qurtardığı haqda əfsanənin olmasıdır. Mukuballılarda ilk övlad doğulana qədər başqa şəxslərin yanında ər arvadla danışmır. Kişi evlənmək istəyəndə,gələcək arvadının əvəzinə qızın ailəsinə mal-qara verir. Qız nə qədər cavandırsa, heyvanların sayı da ona görə artır.

РитуаÐ

Himba

Himbaların çox hissəsi Namibiyada yaşasalar da Anqolada da az məskunlaşmayıblar. Himbalar əsasən ağaclardan hördükləri komalarda yaşayırlar. Komaların üzərinə isə nəcis sürtürlər. Bu qəbilə bəzək əşyalarını çox sevirlər. Hətta körpələrin boynuna mirvari boyunbağı taxırlar. Böyüklərsə adətən qollarını, boyunlarını balıqqulaqları ilə bəzəyirlər.

Женщина пÐ

Mvila

Mvilalı qızlar evlənənə qədər boğazlarına dəmir qandal geyinirlər. Evləndikdən sonra isə həmin qandallardan təmtəraqlı şəkildə azad olub ağır boyunbağılar taxmağa başlayırlar.

Mvila qadınlarının gözəllik sirləri bununla da bitmir. Onlar saçlarına müxtəlif heyvani yağlardan və nəcisdən məcun çəkirlər. Məcunun üzərini isə muncuq, balıqqulağı və s. bəzək hesab etdikləri əşyalarla doldururlar.

Dünya sivilizasiyasından elə dünya qədər uzaq olan bu qəbilələrin də ən maraqlı personajları xanımlardır. Demək ki, əsrlər, qərinələr dəyişsə də, zaman donub yerində qalsa, dünya qadınların üzərində dönür.

http://metbuat-az.com/news/1084593/ona-benzemek-isteyerken.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR