Fransada etirazların növbəti dalğası başladı -

Paytaxt Paris başda olmaqla Fransanın bir sıra şəhərlərində “sarı jiletlilər” hərəkatı növbəti dəfə irimiqyaslı etiraz aksiyaları təşkil edib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, nümayişçilər bildirib ki, prezident Emmanuel Makronun vədləri onları qane etmir. Narazı kütlə Yelisey prospektini bağlayıblar. Etirazçılar dövlət başçısının və hökumətin əleyhinə şüarlar səsləndirir.

Polis nümayişçilər dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Çox sayda etirazçı saxlanılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR