Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək
09:12 16 Dekabr 2018
56 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki ilk oyunu keçiriləcək.

Milli.Az Report-a istinadən xəbər verir ki, əvvəlcə yarışın ötən mövsümdəki finalçısı "Qəbələ" Premyer Liqanın debütantı "Sabah"ı qəbul edəcək. Bu komandalar cari çempionatda eyni - 17 xala malikdirlər və 4-5-ci pillələri bölüşürlər. Rəqiblər ilk iki dövrədə evdə bir-birləri ilə görüşdə qələbə qazanıblar. "Qırmızı-qaralar" Qəbələdə 2:1 hesablı qalibiyyətə sevindikləri halda, "Sabah" tək qolla 3 xal əldə edib.

Günün digər oyununda çempion titulunun sahibi "Qarabağ" Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə"ni qəbul edəcək. Bu komandaların Premyer Liqadakı sonuncu duelində ağdamlılar böyük hesabla qalib gəlib - 5:1. Əvvəlki qarşılaşmada isə 1:1-lik heç-heçə qeydə alınıb.

"Qarabağ" çempionatda 30 xalla 2-ci, "Keşlə" isə 12 xalla 7-ci sıradadır.

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

16 dekabr (bazar)

14:00. "Qəbələ" - "Sabah"

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Eldar Qasımov

Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" - "Keşlə"

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/712922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR