Sənan Qurbanov şansları yenə bərabər sayır

Sənan Qurbanov şansları yenə bərabər sayır
17:07 16 Dekabr 2018
55 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində "Sabah"a evdə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. 
Gənc mütəxəssis öncə oyun haqda danışıb.
- Kubok fərqli turnirdi, iki oyundan ibarətdi. Komanda şəklində həm müdafiə olunmalı, həm də hücum etməli idik. Səhv etmək olmazdı. Demək olmaz ki, futbolçularımıza matçdan əvvəl dediklərimizin tam hissəni gördük. Müdafiədə bir az axsamalarımız oldu. Bilirik ki, rəqib təhlükəli ola bilər. İmkanlarımızı daha çox qola çevirə bilsəydik, daha fərqli ola bilərdi. Qol vurmayanda komanda psixoloji təsir altına düşür. Sevindirici hal odur ki, evdə qol buraxmadan qalib gəldik. Gələn oyuna daha ciddi hazırlaşacağıq.
- Rauf Əliyevdən nə dərəcədə razı alıdnız? Qismət Əliyevin səhvləri olsa da, onu sonadək meydanda saxladınız...- Rauf istəklidi, tapşırıqlara diqqəltə qulaq asır, yerinə yetirməyə çalışır. Ondan razı qaldım. Eləcə də də Qismətdən. Buna görə onu əvəzləmədim.
- Bu 2 futbolçunu "Səbail"lə matşdan sonra cərimələsəniz də, əsas heyətdə meydana buraxdınız. Halbuki, ehtiyatda saxlayacağınız gözlənilirdi..- Komanda daxilində vəziyyəti o qədər yaxşı bilirəm ki. problemin həllini tez bir zamanda həllini tapırıq. Biz bir ailəyik. Onların etdikləri yaxşı çıxmadı, mətbuat da yazdı. Əsas odur ki, səhvlərini başa düşürlər.
- Bu hesabdan sonra şanslarınızı necə dəyərləndirərdiniz?- "Sabah" çox yaxşı komandadı. Şanslar yenə bərabərdi. Cavab matşına çox ciddi hazırlaşacağıq.  (Sport24.az)
Fanat.Az

Xəbərin orijinal ünvanı: http://www.fanat.az/senan-qurbanov-sanslari-yene-beraber-sayir/

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR