"France 3" telekanalı “sarı jiletlilər“in aksiyasının yayımını təhrif etməkdə günahlandırılır - FOTO

"France 3" telekanalı “sarı jiletlilər“in aksiyasının yayımını təhrif etməkdə günahlandırılır - FOTO
07:27 17 Dekabr 2018
35 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın aparıcı televiziya kanallarından olan "France 3" "sarı jiletlilər"in sonuncu - 5-ci etiraz aksiyası zamanı yayımladığı videogörüntülərdə təhrifə yol verməkdə günahlandırılır.

Milli.Az "report"-a istinadən bildirir ki, telekanal şənbə günü Parisin "Opera" meydanında "sarı jiletlilər"in etiraz aksiyası zamanı nümayişçilərin əllərində tutduqları plakatın şüarını qəsdən təhrif etməkdə ittiham olunur. Belə ki, plakatda yazılan "Makron rədd ol!" şuarındakı "rədd ol" tələbi ekrandan silinərək, yalnız "Makron" sözü göstərilib. 

Telekanal özünün "Twitter" hesabında texniki problemin baş verdiyini, həmin sözün plakatdan qəsdən silinmədiyini yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR