Azərbaycan vətəndaşının avtomobilinin təkərlərində pirotexniki vasitələr aşkarlanıb

Azərbaycan vətəndaşının avtomobilinin təkərlərində pirotexniki vasitələr aşkarlanıb
17:17 18 Dekabr 2018
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21013" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 
Bu barədə “Report”a DGK-dan məlumat verilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin təkərlərinin içərisindən üzərində "Colorful Magic" yazısı olan 80 ədəd, üzərində "Big triangle cracker" yazısı olan 640 ədəd, üzərində "Korsar 7" yazısı olan 48 ədəd, üzərində "Mega Piratka" yazısı olan 240 ədəd pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasinin-avtomobilinin-tekerlerinde-pirotexniki-vasiteler-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR