Adəm qazax olub - Alimdən şok iddia

Adəm qazax olub - Alimdən şok iddia
19:42 18 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Bibliyadakı Adəm qazax olub və qazax dilində danışıb.

Milli.Az Kult.az-a istinadən xəbər verir ki, bu iddia ilə Əl Fərabi adına Qazaxıstan Dövlət Universitetinin elmlər doktoru olan Beysenov B.K. adlı şəxs universitetin jurnalında çıxış edib. Jurnaldakı məqaləsinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin "Böyük çölün yeddi üzü" kitabından "Qazaxıstan bütün planetdəki almaların ata yurdudur" sitatıyla başlayan alim bunun ilk insan sayılan Adəmə də aid olduğunu söyləyib:

"Adəmin ilk danışdığı, bizim dövrümüzə qədər yaşayan dil müasir görünüşü ilə qazax dili adlanır. Belə iddia irəli sürərkən mən özümü Yerin Günəş ətrafında fırlandığını söyləyən Kopernik kimi hiss edirəm".

Alimin fikrincə, Adəmin qazax dilində danışmasını sübut edən əsas söz həm meyvə, həm də "götürmə" mənasını ifadə edən "alma sözüdür. Belə ki, alimin sözlərinə görə, tanrı Adəmi yaradarkən ona meyvəni göstərərək "alma" yəni götürmə deyib, nəticədə Adəm sonradan bu qadağaya uyğun olaraq meyvəni həm "alma" olaraq adlandırmağa başlayıb. Bütün bunları və almanın vətəninin Qazaxıstan olduğunu nəzərə alan Beysenov Adəmin ilk vətəninin də məhz bura ola biləcəyini söyləyib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR