İsveçdə 2025-ci ildə siqaret istifadəsi tamamilə qadağan ediləcək

İsveçdə 2025-ci ildə siqaret istifadəsi tamamilə qadağan ediləcək
07:12 19 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

İsveç hökuməti gələn ildən park, stadion, qatar stansiyalarında siqaret çəkməyi qadağan edir.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, İsveç parlamentində qəbul edilən qərara əsasən, 2025-ci ildən etibarən bütün ölkədə tütün məhsullarının satışına da icazə verilməyəcək.

"La Repubblica" qəzetinin xəbərinə əsasən, 2005-ci ildə qapalı məkanlarda siqaret çəkməyi qadağan edən İsveç gələn ilin iyul ayından açıq havada, xüsusən də park, qatar stansiyası, stadion, idman salonları, ev, bina, restoran, kafelərin qarşısında ayaq üstə və ya oturaraq siqaret çəkilməsini də qadağan edəcək. Parlament 2025-ci ildən bütün ölkədə tütün məhsullarının satılmayacağı və siqar, tütün, elektron siqaretin də satışının ləğv ediləcəyini 6 il əvvəldən elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/713522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR