Ermənistan Futbol Federasiyasında texniki direktor vəzifəsinə ispaniyalı məşqçi təyin olunub

Ermənistan Futbol Federasiyasında texniki direktor vəzifəsinə ispaniyalı məşqçi təyin olunub
12:32 19 Dekabr 2018
26 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Ermənistan Futbol Federasiyasının yeni texniki direktoru vəzifəsinə ispaniyalı mütəxəssis gətirilib.
"Report" xəbər verir ki, bu posta futbol meneceri, məşhur məşqçi Xines Melendes təyin olunub. 68 yaşlı Melendes 2019-cu il yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Xines Melendes futbolçu karyerasına ölkəsinin "Albasete" klubunda başlayıb. 2008-ci ildən UEFA-nın texniki təlimatçısı olan Melendes 2011 - 2018-ci illərdə İspaniya Futbol Federasiyasnın texniki direktoru və milli komandaların koordinatoru olub. O, İspaniyanın müxtəlif yaş qruplarından ibarət futbol komandalarında da baş məşqçi vəzifəsində çalışıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniyali-mesqci-ermenistanda-isleyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR