“Qayğıkeş” (QayğıCash) layihəsinə qoşulmaqdan ötrü xüsusi qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Kart sahibləri avtomatik olaraq layihəyə qoşulmuş sayılırlar.
Müştərilər geri qayıdan vəsaitlər barədə məlumatı “SMS xəbərdarlıq” xidməti və ya IBAm mobil əlavəsi vasitəsilə əldə edə bilərlər. Bankın bu layihə çərçivəsində tərəfdaşlıq etdiyi ticarət və xidmət məkanları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/individual/qaygikesh-klubu/
Sözügedən tərəfdaşların sayı durmadan artacaq və siyahı davamlı qaydada yenilənəcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.