N. Məmmədov qeyd edib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli Minsk Qrupunun monopoliyasına verilib: "Biz bunu bilə-bilə bu prossesləri uzun zamandır davam etdiririk. Bugün Qərb dövlətlərinin siyasi xadimləri öz fikir və maraqlarını beynəlxalq hüquq normaları kimi qəbul edirlər və onlar düşünürlər ki, nə deyirlərsə deməli o da olmalıdır. Əgər Azərbaycan-Ermənistan dağlıq Qarbağ məsələsi ilə bağlı ədalətli mövqe ortaya qoyulub münaqişə həll ediləsydi, sonrakı problemlər bəlkə də olmazdı. Nə Gürcüstan, nə Moldova, nə də Ukrayna ilə bağlı belə münaqişə və çətinliklər ortaya çıxmazdı".
O bildirib ki, ki, 20-25 il ərzində dünyada gedən prosseslərdə beynəlxalq hüquq, onun norma və prinsipləri deyil, daha çox böyük dövlətlərin siyasi, iqtisadi, xüsusil ilə də geosiyasi maraqları güdülüb: "Bu da indiki vəziyyətin yaranmasına gətirib çıxartdı. Bu günə qədər nə Qərbdə, nə Avropada, nə də dünyanın başqa bir yerində bu məsələ ilə bağlı beynəlxalq hüquqa uyğun gələn fikir söylənilir. 25 il əvvəl dünyada təxminən 10 ölkədə narahatlıq doğuran qaynar nöqtə deyilən yerlər vardə. Bu gün isə bu ölkələrin sayı 50-ə yaxındır və bu prosseslər öz-özünə baş vermir, hansısa səbəblərdən ortaya çıxır ".