Polis “Sədərək”də reyd keçirdi

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının dekabrın 18-də keçirdikləri növbəti reydlər zamanı “Sədərək” ticarət mərkəzindəki mağazalardan 12 000 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Qazın limitiylə bağlı VACİB XƏBƏR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR