"Bu il nostrifikasiya ilə bağlı 3570 müraciət olub" – Həsən Həsənli / FOTOLAR

"2018-ci ildə nostrifikasiya ilə bağlı 3570 müraciət olub".

Metbuat.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Həsən Həsənli bildirib. Onun sözlərinə görə, bütün səbəbləri nəzərə almaqla müraciətlərin 20%-dən imtina edilib: "Problemlər daha çox universitet və akkreditasiya ilə bağlı olur. Ən çox müraciətlər Rusiya, Türkiyə, UkraynaGürcüstan universitetlərindən olur. Ən çox imtina edilənlər sırasında ilk 3 yerdə isə Rusiya, Ukrayna və Gürcüstan universitetləri olur"

Həsən Həsənli eyni zamanda bildirib ki, saxta diplomlara apostol vurulmur: "Nadir hallarda isə apostolun saxtalaşdırılması ilə qarşılaşırıq ki, bunun sayı çox azdır, hətta 10-dan azdır".

H.Həsənli qeyd edib ki, son zamanlar görülən işlər nəticəsində ümumilikdə il ərzində imtina verilən şəxslərin sayı azalıb.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR