Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb
Paylaş
156 baxış·1 dəq oxu
Bakı. 29 aprel. REPORT.AZ/ Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Eldar Əhmədovun evindən, İsmayıl Etibar oğlunun cibindən, Şəfəq Hüseynovaya məxsus gözəllik salonundan və Emil Əhmədova məxsus "Chevrolet" markalı avtomobildən pul, sənəd, mobil telefon və məişət əşyaları oğurlayan Yevlax rayon sakini İsa Bəkirov saxlanılıb. Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb.