İnformasiyalaşmış çağdaş insan fəlsəfəsi - ikinci hissə

İnformasiya texnologiyası şəxsiyyətin formalaşmasına yalnız kömək edən bir vasitədir. Əslində hər şey fərdin ilkin parametrlərindən asılıdır. İnformasiya texnologiyaları gənclik mühitində fərqlənməni artırır, aktiv olanlar informasiya texnologiyasının müsbət parametrlərini istifadə edərək daha aktivləşir, passivlər minimum qəbul edərək passiv plana keçirlər. Hər bir insan birmənalı şəkildə texnologiyanın inkişafına güvənib onu gözləməməli, onu yalnız öz hədəflərinə çatmaq üçün istifadə etməlidir. Hər bir insan ən güclü kompüterdən daha çox düşünmə qabiliyyətinə malik olduğunu sanki artıq unudub. Özünü texnologiya qarşısında gücsüz hesab edərək, asanlıqla təslim olub. Ancaq bəşəri biliklərin böyük hissəsi məhz insan tərəfindən və heç bir texnologiya olmadan yaradılıb, elə texnologiyanın özü də insan yaradılışıdır. Deməli, hər bir fərd öz üzərində işləməklə yenilikləri gözləməli deyil, bu yenilikləri öz biliklər sistemini artırmaq üçün istifadə etməlidir.

Sivilizasiyanın inkişafı insan imkanlarının yaxşılaşdırılması ilə bağlıdır. Daim artan ehtiyaclar insanları onları təmin etmək üçün yeni vasitələr yaratmağa məcbur edir. Bu, fiziki proseslərə deyil, eyni zamanda mənəvi həyatda da aid olunur. Kompüterin yaradılması əksər hallarda ədədi hesablamalar və məlumatların manipulyasiyası ilə müəyyən edilmiş dəyişkən bir ardıcıllıqla yerinə yetirə bilən bir cihaz, informasiya ilə işləmək texnologiyasına təsir göstərmiş və düşüncə, bilik və kommunikasiya kimi əsas fundamental anlayışları genişləndirmişdir. Beləliklə, kompüter ixtirası və zəruri proqram təminatının inkişafı insanın inkişafına da təsir göstərmişdir. Burada fərdin texnologiyanın sosiallaşması nəticəsində sistemli keyfiyyətlərinin qanunauyğun dəyişməsini ehtiva olunur. Beynəlxalq təcrübədə informasiya və kommunikasiya texnologiyaları texniki vasitələrdən istifadə edən məlumatları qəbul, saxlamaq, emal, transformasiya, təqdim etmək və ötürməyə yönələn texnologiyalar kimi başa düşülür. Əslində informasiya texnologiyaları kompüter avadanlıqlarına əsaslanan müxtəlif mexanizmləri, qurğuları, alqoritmləri, məlumatların emal üsullarını təsvir edən ümumiləşdirilmiş bir anlayışdır. Ağla gəlməyən bir tempdə inkişaf edən informasiya və kommunikasiya texnologiyaları bir insan nəsli ərzində həyatımızın bütün sahələrini zəbt edə bilmişdir. Məhz buna görə, şəxsiyyətin inkişafı ilə bağlı bir sıra psixoloji problemlər ortaya çıxıb, bu prosesi anlamaq, çözmək, doğru yönəltmək üçün sosiologiya, psixologiya və pedaqogikanın müxtəlif sahələrinin nəzəri anlayışlarının inteqrasiyasını tələb edir.

Belə problemlər insan-kompüter münasibətlərinin mənfi tərəflərini ortaya çıxan psixoloji asılılığı, kompüter narahatlığı və kompüter özünəməxsusluğu, eləcə də informasiya və kommunikasiya texnologiyalarının insan zehni fəaliyyətinə təsirinin müsbət aspektlərini əhatə edir. Kompüterlərin istifadəsinin ilkin mərhələsində psixoloji problemlər bir insan tərəfindən yeni texnologiyaları qavraması ilə əlaqələndirilmişdir. Kompüterin "canlı" olması fenomeni ciddi psixoloji baryerlər yaradırdı. Onunla ünsiyyətdə olan tələblər, bu ünsiyyətin xüsusiyyətləri insanın daxili dünyasına asanlıqla daxil olması kompüter həyəcanı anlayışını meydana gətirmişdir. Sonrakı mərhələdə araşdırmaçıların informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı istehsalçıların istehlakçılar qarşısında məsuliyyət prizmasından yaranan problemlər diqqətini çəkdi. İnformasiya texnologiyaları ilə həddən artıq məşğulluq şəxsin autizasiyası və kiber aləmə aludə olması kimi dəyərləndirilən "Veld sindromu" adlandırılan kompüter aludəçiliyinin xoşagəlməz "yan təsirini" meydana gətirdi ki, bu da digər asılılıqlar kimi düzəlişə uyuşmur.

Elmi araşdırmalar həmçinin informasiya və kommunikasiya texnologiyalarının fərdin inkişafa təsirinin müsbət aspektlərini də araşdırma predmeti kimi diqqətdə saxlayır. Kommunikasiya daşıyıcısı psixoloji yardım və təhsil funksiyasını yerinə yetirə bilər, problemləri necə həll edəcəyini öyrədə bilər. Ancaq bu gün elm adamları daşıyıcılarla qarşılıqlı əlaqənin şəxsiyyətin inkişafına necə təsir etdiyini onun ardıcıl inkişafına və ya əksinə, ləngiməsinə səbəb olması problemini çözmək istəyirlər. Araşdırmalar göstərir ki, uzun illər informasiya və kommunikasiya texnologiyaları ilə sıx bağlı olanlar hədəflərə, müstəqilliyə can atan, yüksək intellektə, yaradıcılığa meylli olan dözümlü psixoloji xüsusiyyətləri olan insanlardır. Eyni zamanda, bu cür insanlar iş prosesinin nəticəsini əsas götürürlər, özünə qapanırlar, öz yaşantıları içində qalırlar, münasibətlərdə soyuqluq və ünsiyyətdə duyğu hisslərini olmaması ilə seçilirlər, empatiya çatışmazlığı, qarşıdurmaya meylləri, eqosentrizm məsuliyyət hisinin aşağı olması ilə fərqlənirlər. Doğrudur, bu şəxsiyyətin psixoloji xüsusiyyətlərinin kommunikasiya daşıyıcılarına uzun müddətli bağlılığı prosesində meydana gəldiyini birmənalı şəkildə söyləmək mümkün deyil. Bəlkə də, kommunikasiya daşıyıcıları bu xarakterik xüsusiyyətləri olan insanları özünə daha çox cəlb edir, yaxud bu tip cəhətlərin qabarmasına meydan verir. Latent xarakterik keyfiyyətlər bu ünsiyyətdə daha da üzə çıxırlar, həmçinin bu tip insanlar məhz qapanmış şəraitdə, intim formada informasiya qəbul etməyə meylidirlər. Texnologiya dövrünə qədər bu xüsusiyyətlərdən əziyyət çəkən bir çox yaradıcı və elm adamlarında oxşar cəhətlər olması faktlarına rast gəlinir.

Təhsilin informasiyalaşdırılmasının məqsədlərindən biri informasiya cəmiyyətinin əsas ziddiyyəti olan müasir insanların insan yaddaşının məhdud imkanlarına malik olması üzündən lazım olan geniş informasiyanı çətin qavramasını aradan qaldırmaqla cəmiyyətdə uğurlu uyğunlaşmasını aradan qaldırmaqdır. İnformasiya təfəkkürü nəzəriyyəsinin konsepsiyasında kompüter informasiya qavrama qabiliyyətini və onu qəbul etmə sürətini, həcmini artırmaq üçün insan qabiliyyətlərini tamamlayır. Kompüterlə fərd məlumatı daha sürətli, daha çox və daha dəqiq işləyə bilər, ancaq onun imkanlarında yalnız kəmiyyət artımı baş verir. Əlbəttə ki, informasiya və kommunikasiya texnologiyalarının fəaliyyətində istifadə edilməsi və gündəlik əməliyyatların bir hissəsini onun üzərinə yükləməsi ilə insanlar informasiyanın emal imkanlarını genişləndirir, işin həcmi və sürətini artırır və beləliklə bilgilənmə prosesini asanlaşdırır. Bu, insan düşüncə potensialının artmasına və zehni fəaliyyətin strukturunda müəyyən dəyişikliklərə gətirib çıxardı. İnformasiya və kommunikasiya texnologiyalarının təsiri altına düşdükcə biz fərqli düşünməyə başladıq. Bir şəxs əvvəl mətnlə düşünürdüsə, indi şəkillər, obrazlarla düşünür və bu fotoşəkil, selfiyə daha çox vurğunluğun məğzini izah edir. Biz əvvəl "kitab insanları" idik, indi isə biz qrafika adamlarına çevrilmişik. Biz daha az oxumağa başladıq. Veb səhifəsində çox mətn varsa, o zaman oxucu ən yaxşı halda gözlərini diaqonal olaraq keçirir və ya sadəcə anonsa baxır, lakin çox vaxt oxumadan uzaqlaşır. Xüsusilə gözəl bir şəkil yoxdursa mətn sıralaması oxucuya maraqsızdır. İstifadəçinin oxuduğu söz sayının monitorun ölçüsü ilə müəyyən edilir. Yəni, oxucu monitora yerləşən qədər mətn oxuya bilir. Təcrübə göstərir ki, informasiya və kommunikasiya texnologiyaları oxu texnikasını dəyişir. Hiperlinklər və digər fikir yayındıran sistemlər üzündən oxumaq səthi olur, informasiya onun qəbul edənin şüurunda emal olunmur. Min illərlə insanlıq kitab oxumağı, məlumatları ardıcıl şəkildə qavramağı öyrənmişdi, informasiya və kommunikasiya texnologiyaları, xüsusilə də internet tez bir zamanda müxtəlif mənbələr arasında dəyişməyə və oxu prosesini dəyişdirərək məzmun seçiminə nəzarət etməyə icazə verdi. İstifadəçilər hər bir səhifəni bir neçə saniyə vaxt sərf edirlər və tez bir zamanda digər mövzulara diqqət edirlər, nəticədə məlumatlar şüurda özünə yer tuta bilmir. Düşünmək daha aktiv, lakin daha az spekulyativ olur, yeni bloqlar və saytlar yeni bir həqiqəti əks etdirir dərhal hərəkət etmək və daha sonra süzgəcdən keçirmək lazım olur. Bu, müasir informasiya cəmiyyəti tərəfindən irəli sürülmüş həyatın həddindən artıq sürətli, internetdə sərbəst şəkildə mövcud olan və sonsuz sayda, bir çox hallarda şübhəli məzmunu olması ilə bağlıdır. Hər hansı bir istifadəçidə məlumat əldə etmək sərbəstdirsə, cəmiyyətin həyatında dominant rol oynayan bilik, informasiya çağında o, yeni keyfiyyət və kəmiyyət səviyyəsinə doğru hərəkət edir.

Eyni zamanda digər problemlər üzə çıxır. İnformasiya əldə etmək prosesini çətinləşdirən çoxlu sayda məlumatlar və hiperlink, reklam, flud, spam, məlumat qaynağının və axtarış istiqamətinin azad seçimi istifadəçini başlanğıc məqsəddən uzaqlaşdıra bilər. İnformasiya və kommunikasiya texnologiyalarının istifadəsinin başqa bir psixoloji aspekti özünü açıq büruzə verir. Tez əldə edilən məlumatlar bizim biliklərimizin deqradasiyasına gətirib çıxarır. Niyə oxumaq, hesablamaq və ya yadda saxlamaq lazımdır, istənilən vaxt internetə daxil olub və bütün suallara cavab tapa bilərik düşüncə tərzi artıq tam hökmranlıq əldə edib.

Müasir dünyada yaradıcılığın rolu artmaqdadır və bunun səbəblərindən biri də getdikcə texniki inkişaf və cəmiyyətin informatizasiyasıdır. Fərdin yaradıcılıq fəaliyyətinə olan tələblər dəyişir, istehsalın və sosial sahənin inkişafının yüksək sürəti, ağır rəqabət, müasir dövrün problemləri "yaradıcı insana" tələbat yaradır. Yaradıcı fantaziyalarda düşüncə azadlığı, müstəqillik özünü əks etdirir, informasiya və kommunikasiya texnologiyaları bu prosesdə yaradıcı laboratoriyaların funksiyalarını yerinə yetirir. Bununla yanaşı, texnologiyaya həvəs daha sonra həyat uğursuzluğuna çevrilə bilər. Elektron sənət növləri, kommunikasiya ilə maraqlarını məhdudlaşdıran fərd ənənəvi texnikanın inkişafına diqqət yetirməyə bilər. Real həyat elektron həyatdan daha genişdir. Bu fərdlərə yaradıcı potensialını ənənəvi formaların qavranılmasında olan boşluqlara görə həyata keçirmək mümkün olmayacaq. Müasir informasiya və kommunikasiya texnologiyaları öyrənmənin "özünü tənzimləmə strategiyaları" nın yaradılması və istifadəsi üçün böyük imkanlar yaradır, lakin bu günə qədər müstəqil, kifayət qədər əsaslı hərtərəfli fundamental təhsil problemlərini həll etmir. Eyni zamanda, indiki inkişaf mərhələsində olan kompüter fərdə tədris prosesinin iki mühüm aspektini həyata keçirmək imkanı verir. Bir tərəfdən, bir şəxs bilik obyektləri, bilik fəaliyyəti formaları və metodlarını seçməkdə azaddır. Digər tərəfdən, istənilən vaxt ona təlim sistemindən lazımi yardımlar verilə bilər. İstənilən vaxt öyrənən şəxs, maraq dairəsi ilə bağlı müxtəlif fikirlərlə tanış ola, eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər, həmyaşıdları ilə qarşılıqlı elektron əlaqəyə girə bilər. Onun mövqeyi çox aktiv ola bilər o, mübahisə, fikirlərini müdafiə edə, mövqeyini əsaslandıra bilər.

Oxşar maraqlara malik olan insanları yaxın çevrəyə nisbətən internetə çıxmaqla, daha dərhal asan tapmaq olur, bununla da kompüter ünsiyyət problemini həll edir. Elmi tədqiqatda informasiya və kommunikasiya texnologiyalarının istifadəsi elmi tədqiqatların psixoloji strukturunu kompüter vasitəsilə transformasiya xüsusiyyətləri, hesablama metodları, riyazi modelləşdirmə və ənənəvi elmi problemlərin həlli ilə informasiya sistemlərinin tətbiqi, işlənməsi və təkmilləşdirilməsi ilə bağlı bir sıra psixoloji problemlərin yaranmasına səbəb olur. Kompüterlə elmi tədqiqat fəaliyyətinin psixoloji quruluşunun transformasiya xüsusiyyətləri, hesablama metodlarının inkişafı, riyazi modelləşdirmənin ənənəvi vasitələrlə həll edilməyən elmi problemlərin həlli ilə informasiya sistemlərinin tətbiqi və təkmilləşdirilməsi ilə bağlıdır.

Kompüter qarşılıqlı əlaqələri şəxslər arası ünsiyyətin xarakterini dəyişdirir və prosesin özünə tamamilə yeni xüsusiyyətlər təyin edir. İnformasiya və kommunikasiya texnologiyaları ünsiyyət vasitəsi olaraq onun funksiyalarını dəyişir:

1. kommunikativ - informasiya mübadiləsi daha mükəmməl və sadə olur;

2. interaktiv - tərəfdaşların qarşılıqlı əlaqəsi ənənəvi konsepsiyada sadə söhbətlərlə məhdudlaşmır. Onun vasitəsi ilə təxminlər etmək, səhvləri düzəltmək, qiymətləndirmək, insanların maraq dairəsinə uyğun ünsiyyəti mümkün olur;

3) qavrama - anonim şəkildə bir-birinin qavraması və məlumatı, əlaqəni təmin edir.

İnternet rabitəsinin vasitəçiliyi insan münasibətlərinin formasının pozulmasına, subyektlərin bir-birindən uzaqlaşmasına, şəxslər arası əlaqələrin kasadlaşmasına gətirib çıxara bilər Əsasən istifadəçilərin qarşılıqlı əlaqəsi çap mətnindən istifadə etməklə həyata keçirildiyindən, bütün İnternet məkanı əsasən yazılı dilin işlədilməsi sahəsi hesab edilə bilər. Yazılı dil virtual gerçəklik yaratmaq üçün bir vasitə olduğundan, onu yeni bir linqvistik məkan və kommunikasiya mühitinin əsasları hesab etmək olar. Ünsiyyət iştirakçılarını ümumi bir mövzu və ya peşə ilə bir araya gətirən və sərbəst şəkildə ünsiyyət qurmağa imkan verən virtual məkanda slenq (jarqon) ortaya çıxdı. Sözə qənaətin funksiyası sayəsində virtual rabitə iştirakçıları hədsiz nəhəng terminləri əvəz etmək, uzun ifadələri qısaltmaq, qısa ifadələr yaratmaq üçün jarqondan istifadə edirlər. Virtual rabitə dili tədricən gündəlik həyatda keçir. Müasir dilin təmizliyi problemi ortaya çıxır, çünki bir tərəfdən danışma azadlığı bir tərəfdən onun inkişafına yardım edir, digər tərəfdən, ədəbi dili çirklərlə doldurur, söhbətə və ya ədəbi danışmağa yad olan söhbət otaqlarının və ya forumların dil qaydalarını yayır, səhvləri qaydaya çevirməklə səhv kultu yaradır, dil qurdalamaqla ifadələrə xüsusi xarakter mahiyyət bəxş edir. Bununla birlikdə, slenq və ya jarqon dili istifadə şəxsin daxili mədəniyyətinə bağlıdır. Bu ümumi danışma mədəniyyətinə təsir göstərirdiyindən fərdin şəxsiyyətinə həm müsbət, həm də mənfi iz buraxa bilə.

Texnologiyalar yalnız cəmiyyət və iqtisadiyyatı dəyişmir. O həm də bizi dəyişir, hər gün evdə və küçədə davranışımızı dəyişir. Rəqəmsal texnologiyalar vətəndaşları necə dəyişdirir sualına praktik müşahidə ilə cavab verək. Bizə smartfonlar və tətbiqlərin bəxş etdiyi on yeni tipaj.

Ekrana diqqət yönəldən adam- küçənin ortasında tez-tez donub qalan;

Foto şəkil çəkən insan- nə çəkdiyi məlum olmayan insan;

Bilən şəxs- hər bir cavab üçün dərhal Google-a daxil olan.

Bu olmuşdur və sadədir - daha maraqlısını axtaran.

Naviqatorda gəzən adam - Əvvəllər onları sürücülər, indi isə piyadalar istifadə edirlər;

Yerləşən adam- Airbnb və Booking övladları;

Yazan adam - Hətta ən savadsız adamlar da hər gün böyük miqdarda mətn idxal edirlər. İş vaxtı ünsiyyət quran, ictimai, sosial proseslərə şərh verənlər;

Qaçan adam- Sosial şəbəkələrin əməkdaşlıqdan və qaçış proqramlarından doğululanlar. Əlaqəsinə şübhə etsə də belə görünür ki, insanlar çox qaçdıqları ilə öyünürlərsə demək bu düzgün yoldur düşünənlər;

Uzaqda olan adam.- Uzaq məsafəyə baxan smartfonlu adam, Uber övladları;

Alan adam -hər şeyi smartfonu ilə alan adam;

Addım-addım yaşayan adam. Yutubda addım-addım təlimat izləyir onun əsasında hazırlayır, təmir edir ümumiyyətlə, mövcud olur.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı