Şağlaser kənd ümumi orta məktəbində maarifləndirici tədbir keçirilib -

19.12.2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində rayonun Şağlaser kənd ümumi orta məktəbində maarifləndirici tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dövlət komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, məktəbin direktrou Aygün Fətullayeva, Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev, ziyalılar, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında ölkəmizdə dini radikalizmə, zərərli vərdişlərə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirici tədbirlərdən bəhs edib. Q.Məmmədov əlavə edib ki, gənclərin radikal cərəyanlardan və digər zərərli vərdişlərdən qorunması üçün onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, vətənpərvərliyin aşılanması olduqca vacibdir.

DQİDK-nin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov çıxışında narkomaniyanın və digər zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən, eləcə də gənclərin bu baxımdan maariflənməsinin vacibliyindən danışıb. Gənclərin elmə, təhsilə və mənəvi dəyərlərə yiyələnmələrinin əhəmiyyətinə diqqət çəkən natiq həmçinin aparılan mübarizədə ictimai qınağın önəmini də qeyd edib.

Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında milli-mənəvi dəyərlərin hər bir Azərbaycan vətəndaşı üçün əziz və müqəddəs dəyərlər olduğunu bildirib.

Şağlaser kənd ümumi orta məktəbinin direktoru Aygün Fətullayeva və digərləri bu cür maarifləndirmə tədbirlərinin gənclərin radikalizm təhlükəsindən qorunması baxımından əhəmiyyətli rolundan danışıblar.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR