Çində qeyri-adi Karl Marks

Marksizmin qurucusu alman mütəfəkkir Karl Marksın 200-cü yaş günü səbəbilə bütün dünyada müxtəlif anma tədbirləri hazırlanır.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Çində Karl Marks haqqında yayımlanacaq bioqrafik animasiya isə indidən mübahisələrə səbəb olub.

Məşhur çinli animasiya şirkəti "Bilbili" tərəfindən hazırlanan animasiyada həyat yoldaşı Cenni ilə ilə sevgi münasibətindən Friedrik Engels ilə tanış olmasına qədər Marksın həyatından bəhs edilir.

Tezliklə ekrana veriləcəyi deyilən animasiyanın yayımlanan fragmanı isə indidən 300 mindən çox izlənilib. Çinli internet istifadəçilərinə görə Marks "olduğundan daha yaraşıqlı" təsvir edilib. İzləyicilərin bu fikri mübahisələrə səbəb olub.

https://metbuat.az/news/1093430/sirli-cinayetin-qu...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR