Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib -

Dekabrın 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə əsaslı təmir-tikinti prosesi həyata keçirilən obyektlərə baxış keçirib.

Metbuat.az xəbər verir ki, müdafiə naziri inşaatla bağlı əvvəl verilən tapşırıqların icrasını yoxlayıb, yerinə yetiriləcək işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı konkret göstərişlər verib.

Kursantların sosial məişət şəraitinin daha da yaxşılaşdırılmasının vacibliyini bir daha vurğulayan general-polkovnik Z.Həsənov, gələcəyin zabitləri üçün ən yüksək standartlara cavab verən xidmət şəraitinin yaradılması və bir sıra digər məsələlərin həllinə dair müvafiq tapşırıqlar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR