Atatürk Rusiyanın böyük dostu idi -

Atatürk, heç şübhəsiz ki, Türkiyə tarixinin görkəmli siyasi xadimidir. O, Türkiyə tarixinə dövlətçiliyin qorunması və bərpası üzrə parlaq səhifə yazıb. Bu istiqamətdə çox işlər görüb.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Moskvada keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə münasibətləri haqqında sualı cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

Prezident qeyd edib ki, Atatürk Rusiyanın böyük dostu idi və ruslarla əməkdaşlıq edirdi. “Biz bunu yaxşı bilirik və qiymətləndiririk. Atatürk müasir Türkiyə dövlətinin banisidir, onun əsaslı bünövrəsini qoyub”, -deyə Putin vurğulayıb.

Rusiya Prezidenti Rusiya-Türkiyə münasibətlərinin müasir vəziyyətindən məmnunluğunu ifadə edib. “Həm iqtisadi, həm də təhlükəsizlik sahələrində. Bəzi məsələlərdə bizim maraqlarımız üst-üstə düşməsə də, biz Suriya böhranının nizama salınması üzrə kompromis qərarlar əldə edirik. Biz Türkiyə Respublikasının, türk xalqının milli maraqlarına hörmətlə yanaşırıq. Görürük ki, bizim türkiyəli tərəfdaşlarımız da kompromisə getməyə hazırdır və Suriyada vəziyyətin yaxşılaşması, terrorçuluqla mübarizə, əlaqələrimizin möhkəmlənməsi naminə birlikdə bu kompromisə nail oluruq”, -deyə Vladimir Putin əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR