Saxta xəbərlər hazırlayan jurnalist

Almaniyanın nüfuzlu “Der Şpigel” nəşrinin məşhur jurnalisti Klas Relotiusun saxta xəbərlər hazırladığı məlum olub.

Metbuat.az-ın xarici Kivlərə istinadən məlumatına görə, jurnalistin son bir neçə ay ərzində hazırladığı 60 reportajdan 14-ü saxta olub.

Onun uydurma xəbərlər hazırladığı digər jurnalistin araşdırması nəticəsində təsadüfən üzə çıxıb. Klas Relotius törətdiyi əməli etiraf edərək işindən istefa verib.

Onun fəaliyyətinin araşdırılması üçün “Der Şpigel” nəşrində komissiya qurulub.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR