Qırğızıstanda 20 və 5000 somluq yeni əskinazlar

Dekabrın 20-dən Qırğızıstan Milli Bankı 20 və 5000 somluq yeni əskinazları dövriyyəyə buraxıb. İndiyədək ölkədə ən böyük pul vahidi 1000 som idi.

Metbuat.az Azərtaca istinadən xəbər verir ki, indiyədək dövriyyədə 1, 5, 10, 50, 100, 200, 500, 1000 somluq əskinazlar var idi.

Milli Bankın yaydığı məlumata görə, yeni əskinazlar Qırğızıstan ərazisində rəsmi pul vahididir və müxtəlif ödənişlərdə istifadə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR