Sərxanın “Maşın şou”da çıxışı tənqid edildi

Restoranın yanından keçərək "vay-fay" axtaran insanlar bizə səs vermir, burada taleyimizi intellektual səviyyəsi yüksək olan insanlar həll edir.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Sərxan Kərəmoğlu "Maşın şou"nun dünənki barıxılışında deyib. Onun restoranların yanında "vay-fay" axtaran insanlar deməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İzləyicilər yarışmanın rəsmi səhifəsində Sərxanın ünvanına tənqid və təhqirlər yazıb.

S.Kərəmoğlunun şəxsi İnstaqram hesabında onun adından açıqlama yayılıb. O, proqramda söylədiyi fikirlərə münasibət bildirib:

"Xalqı təhqir etməmişəm, ünvanıma yazılan təhqirlərə cavab olaraq dedim ki, küçələrdə, restoran, kafe qabağında internet axtaranlar bizə lazım deyil. Onlar kimisə təhqir edib şərh yazmaqdan həzz alırlar. Düz edib demişəm. Bizə tv qarşısında oturan tamaşaçı səs göndərir. Xalq düşməni deyiləm, sadəcə olaraq, bəziləri məni öndə görüb paxıllıq hissini gizlədə bilmir. Ünvanıma təhqir yazanlar mənə "vız" gəlir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR