Musiqiçi açıq beyin əməliyyatı zamanı

Cənubi Afrikada hər kəsi şoka salan əməliyyat həyata keçirilib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, caz musiqiçisi Musa Manzini açıq beyin əməliyyatı olarkən gitara çalıb.

Eyni zamanda universitetdə müəllim olan Manzininin keçən həftə Durban şəhərində baş tutan əməliyyatının yaxşı keçdiyi açıqlanıb. Xəstəxananın yayımladığı videoda həkimlər əməliyyat edərkən Manzininin yüngülcə gitaranın tellərinə toxunduğu görülür.

Əməliyyatı həyata keçirən beyin cərrahlarından Basil Eniker “ bu üsulla şişi götürməzdən əvvəl beynin bölgələrini test etmə fürsətimiz olur. Bu üsul şişin daha asan alınmasını və beynin zərər görmə ehtimalını azaldır” deyib.

Musa Manzini həkimlərə təşəkkür edib və sağlamlığına qovuşduqdan sonra yenidən səhnəyə çıxmaq istədiyini bildirib.

https://metbuat.az/news/1094642/meshur-filmin-unud...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR