Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanunu təsdiqləyib.
Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilir.
Qeyd edək ki, bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.