Bu gün Parisdə keçirilən “Sarı jiletlilər” etiraz aksiyalarında saxlanılanların sayı 65 nəfərə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Parisien” qəzeti bildirib.

“France Info” radiostansiyasının məlumatına görə, saxlanılanların arasında “Sarı jiletlilər” hərəkatının liderlərindən olan Erik Drue də var.

Bildirilir ki, bu gün etiraz aksiyalarında 800-ə yaxın insan iştirak edib.

Qeyd edək ki, bu gün Fransada "sarı jiletlilər"in 6-cı aksiyası keçirilib. Aksiya ilə əlaqədar təhlükəsizliyi 4 min asayiş keşikçisi qoruyub. Onlardan 1225 nəfəri Parisdə olub. Fransada "sarı jiletlilərin" nümayişləri noyabrın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər.