Bakı. Tural Turan - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün 394 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 324 nəfər imtahanda iştirak edib.

İmtahanın nəticələri saat 16:05-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

Test imtahanının nəticələrinə əsasən, 117 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin