ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının yüksəltməsi ilə bağlı qərarı neft bazarına təzyiqi daha da artırdı. "Brent" markalı neftin hər barelinin qiyməti 53 dollaradək azaldıqdan sonra stabillik müşahidə olunsa da, bunun uzun müddətli olacağını söyləmək çətindir. Gələn ilin Azərbaycanın dövlət büdcəsində neftin qiymətinin 60 dollardan hesablandığını nəzərə aldıqda neftin ucuzlaşması fiskal baxımdan bizim üçün əlverişli deyil. Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib. window._ttzi = 32;var script = document.createElement("script");script.src = "https://adributor.tv/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);}; (adsgarden = window.adsgarden || []).push({}); İqtisadçının fikrincə, neftin mövcud qiyməti hətta 2018-ci ilin büdcəsində nəzərdə tutulan qiymətdən də azdır: "Doğrudur, bu il neftin orta qiyməti kifayət qədər yüksək olduğundan bazardakı son enişlər 2018-ci il büdcəsinin gəlirlərinə təsir etmir. Bununla belə, gələn il büdcə gəlirlərinin formalaşmasında neftin dünya bazar qiyməti həlledici olaraq qalacaq. FED 0,25 faizlik artım ilə bazarda şok yaratmamağa çalışsa da, son qərar inkişaf etməkdə olan ölkələrin və eləcə də bizim valyuta bazarımıza psixoloji təsir göstərir". V.Bayramov hesab edir, gələn il dünya bazarında qeyri-məyyənliklər davam edəcək: "Avropa Birliyi büdcəsi ilə bağlı İtaliya ilə əldə edilən razılıq avroya müəyyən nəfəs versə də, avrozonadakı nümayişlər köhnə qitənin vahid valyutasının möhkəmlənməsinə imkan vermir. Göründüyü kimi, qlobal bazarlar da ili qeyri-müəyyənliklərlə başa vururlar. Beynəlxalq maliyyə qurumları gələn il üçün qlobal iqtisadi artım faizini aşağı saldıqları üçün gələn il dünya əmtəə və valyuta bazarlarında qeyri-müəyyənliklərin davam edəcəyi gözlənilir". İlkin İzzət Milli.Az